Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramı çərçivəsində həyata keçirilən "GəncSƏN? Öz Biznesinə Başla" layihəsinin silsilə təlimləri yekunlaşıb.

İlk təlimdə təlimçi Orxan Fəxrəddinov tərəfindən iştirakçılara Biznes mövzusunda ilkin məlumatlar, Biznes plan, SWOT analiz və SMART haqqında məlumat verilib.

2-ci təlimdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev iştirakçılara kənd təsərrüfatı biznesi haqqında məlumat verib.

3-cü təlimdə iştirakçılara biznes qeydiyyatı, hüquqi sənədlərin hazırlanması, maliyyə mənbələri, (MMC, QSC, ASC) haqqında məlumat verilib.

Təlimin 4-cü günündə iştirakçılara Marketinq araşdırması, Marketinqin biznesdə rolu, Reklam, bazarın araşdırılması haqqında məlumat verilib.

Sonuncu təlimdə təlimçi Orxan Fəxrəddinov iştirakçıların “Marketinq araşdırması” və “Biznes Plan” mövzusunda suallarını cavablandırıb. Daha sonra iştirakçılar qruplara bölünərək “Süd məhsulları” üzrə araşdırmaya başlayıblar.

"İdeyadan fəaliyyətə" proqramı ABŞ-ın Azərbaycandakı səfirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi(GİKM)nin tərəfdaşlığı ilə həyata keçirilir.