Sosial sahibkarlıq maddi fayda və mənfəətə üstünlük verməyən, prioritet olaraq sosial
problemləri həll etməyi və aradan qaldırmağı hədəfləyən biznes növüdür. Onlar başqalarının
görə bilmədiklərini görürlər, yeni imkanlar yaradır, sistemi dəyişdirir və cəmiyyətin vacib
problemlərini həll etmək üçün yeni yanaşmalar sərgiləyirlər.
“Education HUB” sosial sahibkarlıq sahəsinə yeni addım atan və bu sahədə özünü
təkmilləşdirmək istəyən sahibkarlara daim konsaltinq xidməti verməyə hazırdır.