18 yanvar tarixində Business Image Lab (BIL) Azərbaycan və Almaniyadan olan startaplar və sosial bizneslər üçün onlayn marafonu start götürüb. İlk mövzu Mikalay Vinçeuski tərəfindən təqdim olunan "Liderlik kouçinqinə" həsr olunub.
BIL təcrübə mübadiləsi, mövcud biznesləri birgə yaratmaq və təkmilləşdirmək, gəlirliliyi artırmaq, prosesləri strukturlaşdırmaq və yeni yanaşmalar axtarmaq üçün müxtəlif ölkələrdən məsləhətçilər və sahibkarlar şəbəkəsini bir araya gətirən Azərbaycan-Almaniya platformasıdır.