Tərəfdaşı olduğumuz S.E.VET proqramının Yunanıstanda keçirilən öyrənmə səfərində Azərbaycan heyətinin rəhbəri Orxan Məsimov Education HUB və inklüziv sosial sahibkarlıq haqqında məlumat verib.
Education HUB tərəfindən Azərbaycanda ilk inklüziv, autizm dostu kafe olan "Kaşalata" haqqında çəkilmiş video çarx iştirakçılara təqdim edilib və nəticədə, sosial sahibkarlığın komponentləri real təcrübə əsasında müzakirə edilib!
Təqdimat əsasında, Education HUB-ın əməkdaşlıq etdiyi digər sosial sahibkarlıq nümunələri Azərbaycandan 'ən yaxşı təcrübə' qismində təqdim olunub, tədbir iştirakçıları videoları izləməyə dəvət olunub.