Gəlin gözlərimizi yumaq və inklüzivlik üzərində qurulmuş bir dünya - müxtəlifliyin çiçəkləndiyi və hamı üçün bərabər imkanların mövcud olduğu məkan haqqında xəyal edək. Nə qədər rahat və təhlükəsizdir, elə deyilmi?

1992-ci ildən 3 dekabr dünyada Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. Məqsəd cəmiyyətin bu sahəyə diqqətini yönəlmək, həyatın hər aspektində inklüzivliyin və əlçatanlığın əhəmiyyətini vurğulamaqdır.

Education HUB-da biz inanırıq ki, bu baxış bizi yalnız bir gün deyil, ilin hər günü istiqamətləndirməlidir. Buna görə biz dekabrı Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Əlçatanlıq Ayı kimi qeyd edirik.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun dəstəyi ilə Education HUB əlilliyi olan insanların həyat hekayələrini, öz sözləri ilə təqdim edir. Bu hekayələr onların səslərini gücləndirmək, maneələri aradan qaldırmaq və daha inklüziv cəmiyyətə doğru mənalı fəaliyyətə ilham vermək məqsədi daşıyır.

Gəlin birlikdə dinləmək, öyrənmək və hər kəsin aid olduğu gələcəyə söz vermək üçün bu fürsətdən istifadə edək. Biz birlikdə inklüziv dünya xəyallarını reallığa çevirə bilərik.

 

 

(14) "Məhdudiyyətlərə meydan oxuyan qız" Hekayə #7 (Fatimə Əkbərlinin hekayəsi) - YouTube