Education HUB dəvətilə Azərbaycan nümayəndə heyəti 29 noyabr - 2 dekabr 202-ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edib. Avropa Vençur Filantropik Assosiyası və tərəfdaşlarının təşkil etdiyi Belçika Dəyər həftəsində AR Dövlət Məşğulluq Agentliyinin İH Sədri Mustafa Abbasbəyli, Millət vəkili Vüqar Bayramov, Amerika-Azərbaycan Ticarət Palatasının İcraçı Direktoru Gulnara Aslanbəyli, PAŞA Bankın nümayəndəsi Fidan Tofidi, Beynəlxalq Bankin nümayəndəsi Yadigar Cəfərov, Access Bankın nümayəndəsi Ceyhun Atayev, Dadasşsoy qrupun rəhbəri Elvin Dadaşov və Education HUB Proqram Meneceri Gulnara İsmailova iştirak ediblər.

Tədbir çərçivəsində qabaqçıl sosial sahibkarlıq platforması olan AŞOKA Sammit, Avropa Vençur Filantropik Assosiyasının İllik Konfransı, Avropadan olan sosial investorları bir araya gətirən C sammit keçirilib, investitisiyaların dəyər mexanizləri müzakirə olunub.