“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsinin iştirakçıları Sumqayıtdan olan şəhid ailələrinin övladları üçün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyində ART Terapiya məşğələləri təşkil ediblər. 

 

 “Yarat, inkişaf et, töhfə ver” layihəsi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaq məqsədilə həyata keçirilib.

 

Layihə Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijan və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunub.