Education HUB-ın Kommunikasiya üzrə əməkdaşı Orxan Məsimov 17 noyabr Bakıda keçirilən "Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu"nda iştirak edib.

Tədbirdə müxtəlif mövzularda panel müzakirələr təşkil olunub, 50-yə yaxın startapların stendi nümayiş olunub.

⬇️Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (OIC Youth Forum) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.