Education HUB proqram məzunu Nadir Hüseynov 18 noyabr Bakıda keçirilən "Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu"nda iştirak edib.

Tədbirdə müxtəlif mövzularda panel müzakirələr təşkil olunub, 50-yə yaxın startapların stendi nümayiş olunub.

Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (OIC Youth Forum) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.