Hibrid formatda keçirilən görüşdə Bakıdan və regiondan olan sosial sahibkarlar, startaplar iştirak edib. Görüş çərçivəsində Alyansın nizamnamə sənədinin üzərindən keçilərək təkliflər əsasında dəyişikliklər edilib.
Azərbaycan Sosial Sahibkarlıq Alyansının (ASSA) məqsədi Azərbaycanda sosial sahibkarlıq fəaliyyətinə dəstək vermək və bu sahədə fəaliyyət göstərən şəxslər üçün vahid şəbəkələşmə platforması olmaqdır. Siz də sosial sahibkarlıq sahəsində əməkdaşlıq etmək istəyirsinizsə [email protected] ünvanına təkliflərinizi yaza bilərsiniz.
Məkan dəstəyi üçün @mccann.baku ya təşəkkür edirik.