Education HUBın təşəbbüsü ilə sentyabrın 10-da “Azərbaycanda gənclər arasında sosial təşəbbüskarlığın təşviqi” adlı konfrans həyata keçirilib. Azərbaycan dilində sosial sahibkarlıq internet resurlarının yaradılmasına töhfə məqsədilə https://socialentrepreneur.az/ veb portalı təqdim olunub.Veb portalda sosial sahibkarlar üçün Hüquq məsləhətxanası, Resurslar, elanlar bölməsi yaradılıb.

Eyni zamanda ABŞ və Avropadan olan spikerlər Şərq Tərəfdaşlıq ölkələrində sosial sahibkarlığın tədrisi, gənclər üçün fürsətlər, gənclərin öz icmalarında daha da fəallaşmaları üçün digər ölkələrin təcrübələrini paylaşıblar. Tədbir AAA- The US-Educated Azerbaijani Alumni Association(ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi) ilə texniki əməkdaşlıqla həyata keçirilib.