“Azərbaycanda Qərar Qəbuletmədə Vətəndaş Cəmiyyəti və Gənclərin İştirakının Gücləndirilməsi” təlimi başlayıb.
Avropa İttfaqı Gənclər üçün proqramı çərçivəsində baş tutan təlim 2 gün davam edəcək.
Education HUB-ın nümayəndələrinin qoşulduğu təlim vətəndaşların inklüziv iştirakı modellərini və vətəndaş əsaslı advokasiya yanaşmaları təqdim edəcək. Təlim həmçinin iştirakçıları hökumət orqanları ilə vətəndaş cəmiyyətinin səmərəli əməkdaşlığı nümunələri ilə tanış edəcək və Azərbaycanda gənclər təşkilatları üçün yerli hökumət və mərkəzi hökumət səviyyəsində hansı modellərin işləyə biləcəyini kəşf etməyə kömək edəcəkdir.
