Avqustun 29-da “Azərbaycanda sosial sahibkarlığın mövcud vəziyyəti və ekosistemin inkişafı üçün islahatların əsas istiqamətləri” mövzusunda Əlaqələndirmə Görüşü keçirilib. Görüş Education HUB və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə Avropa Vençur Filantropik Assosiasiyasının "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilib. Proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir və Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
Görüş zamanı Education HUB Azərbaycanda Sosial Sahibkarlıq ekosisteminin hazırkı vəziyyətinə dair hazırladığı “Xülasə arayışı”nı təqdim edib. Education HUB-ın eksperti Abil Bayramov Azərbaycanda Sosial Sahibkarlıq ekosistemi ilə bağlı araşdırmanın nəticələrini təqdim edib.
Görüşdə dövlət qurumları, Sosial Sahibkarlıq İşçi Qrupu və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Milli Məclisin deputatı Müşfiq Cəfərov bu araşdırmanın əhəmiyyətini vurğulayaraq qarşıdakı ildə hökumətin prioritetlərini bölüşüb.