Education HUB Avropa Vençur Filantropist Assosiasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi “Dəyər üçün Əməkdaşlıq” Proqramı çərçivəsində Azərbaycanda sosial sahibkarlıq fəaliyyəti ilə məşğul olan bizneslərin regional səviyyədə tanıdılması və onların hekayələrinin daha çox eşidilməsi üçün filmin hazırlıq mərhələsinə başlayıb.
Hazırda “Azərbaycan Corabları” brendinin yaradıcısı Tereza Hamlin və onun komandasının iş prosesi zamanı çəkilişlərə start verilib.