8-9 fevral 2023-cü il tarixlərində Bakıda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) beynəlxalq tərəfdaşları MediaOst və WEIA ilə birlikdə Bakıda Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirib.

Education HUB-ın Proqram Meneceri Gulnara İsmailova da forumda iştirak edib.

Ümumilikdə foruma 200-dən çox iştirakçı qatılıb. Rəsmi hissədən sonra forum müxtəlif mövzularda master klasslar, panellərlə davam edib. Forumda təqdimatlardan əlavə, şəbəkələşmə platforması, Azərbaycanın işgüzar dairələri və qadın təşkilatlarının nümayəndələri ilə görüşlər, ölkədə sahibkarlara dəstək üzrə dövlət proqramlarının təqdimatı keçirilib.

Forumun növbəti günündə layihələrin dayanıqlılığını təmin etmək üçün konsultant yarmarkası keçirilib.

Qeyd edək ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.