“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində 15-17 Yanvar 2021-ci il tarixlərində Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzindən olan iştirakçılar və mentorlar üçün Qiymətləndirmə sessiyası keçirilib. Sessiya zamanı iştirakçılar layihələrin həyata keçirilməsi dövründə şəxsi inkişaf mərhələləri, əldə etdikləri uğurlar, qarşıya çıxan çətinliklər ilə bağlı komanda üzvləri arasında müzakirə aparıblar. İştirakçılar və mentorlar layihənin son mərhələsi olan ictimai təqdimata hazırlıq prosesinə başlayıblar.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.