Education HUB-ın "Yarat...İnkişaf et.. Töhfə ver" layihəsi çərçivəsində növbəti vebinar sessiyası baş tutdu.
"Büdcənin hazırlanması, idarəolunması və maliyyə hesabatları"na həsr olunan vebinar təlimçimiz Namaz Kərimov tərəfindən aparılıb. Sessiyalarımız Zoom proqramı vasitəsilə reallaşdırılıb.
Onu da qeyd edək ki, layihə Unicef Azərbaycan-nın təşəbbüsü və Avropa İttifaqının Azərbaycandakı ofisinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə təşkil olunur və Binəqədi, Xəzər, Biləsuvar, Mingəçevir, Qazax, Şəmkir bölgələrindən olan gənclər üçündür.