“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində Xəzər Gənclər Evi / Khazar Youth Center evindən olan "Bullinqlərə son" təşəbbüsü qrupu eyniadlı onlayn rəsm sərgisi təşkil edib. Sərginin seçilmiş rəsmlərindən ibarət açıqca hazırlanıb.
“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.