Education HUB-ın “Ideyadan fəaliyyətə" proqramı çərçivəsində Lənkəran-Masallı bölgəsindən olan gənclər tərəfindən "Cənub eko turizmi" layihəsinə start verilib.
Layihə zamanı "Cənub mirvarisi" turizm şirkətinin rəhbəri, təlimçi Samir Axundov tərəfindən "Cənub bölgəsində turizm imkanları və perspektivlər" adlı təlim təşkil olunub.
Təlimdə "Cənub bölgəsində turizm imkanları", "Tur paketlərin yaradılması", "Dünya təcrübəsinin cənub turizmində tətbiqi" mövzuları müzakirə olunub, təlimçi, eləcə də iştirakçılar öz təcrübələrini bölüşüb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
