“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsi çərçivəsində "Daşınan mesajlar" təşəbbüs qrupu gənclər arasında ekoloji maarifləndirmənin və eko çantaların təbliği məqsədilə master klasslar təşkil ediblər. Eyni zamanda eko çantaların üzərinə müxtəlif ekoloji mesajlar yazılıb.

“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi), UNİCEF Azərbaycan (Unicef Azerbaijan) və Azərbaycan Respublikası Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation ) tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunur.