15 iyul tarixində Bakı Marriott Bulvar oteldə Avropa Vençur Filantropik Assosiasiyasının “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində Education HUB-ın təşkilatçılığı və PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə “Dəyər üçün səhər yeməyi” baş tutub.

Görüşün əsas məqsədi Azərbaycanda hazırki Sosial Sahibkarlıq ekosisteminin vəziyyəti, sosial investisiya fondlarının yaradılması və bu sahədə ölkədə fəaliyyət göstərən maraqlı tərəflər arasında şəbəkələşmənin artırılmasıdır.

Tədbirə açılış nitqi ilə başlayan Education HUB-ın Proqram Meneceri Gülnarə İsmailova iştirakçıları salamlayıb, daha sonra öz çıxışı zamanı Azərbaycanda Sosial Sahibkarlıq eko-sisteminin cari vəziyyəti, problemlər, onlara ən yaxşı həll yolları haqqında məlumat verib.

Daha sonra çıxış edən Avropa Vençur Filnatropik Assosiasiyasının Mərkəzi Şərqi Avropa üzrə Proqram Meneceri -Eva Konçzal Sosial Sahibkarlıq konsepsiyası və Şərq Tərəfdaşlıq ölkələri arasında başlayan Dəyər fondları haqqında məlumat verib və digər Avropa ölkələrindən olan yaxşı nümunələri paylaşıb. Avropa Vençur Filantropik Assosiasiyasının Marağlı Tərəflər Meneceri – Andreya Rozandik öz çıxışı zamanı “Dəyər üçün səhər yeməyi” konsepti barədə məlumat verib.

“Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində Vyanada “Dəyər həftəsi”ndə iştirak edən Sosial Sahibkar – Qvendolin Brüçel, PAŞA Bankın Korporativ Tərəfdaşlar ilə münasibətlər şöbəsinin rəhbəri Fidan Tofidi və AccessBankın Marketinq və Marağlı Tərəflərin Cəlb Edilməsi İdarəsinin Rəisi Ceyhun Atayev çıxışları zamanı öz təəssüratlarını və təcrübələrini bölüşüblər.

Tədbirin sonunda iştirakçılar növbəti “Dəyər üçün səhər yeməyi” görüşü üçün öz təkliflərini paylaşıblar.