Hörmətli media nümayəndələri, jurnalistlər, blogerlər!
Sizi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində "Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq" adlı təlimə dəvət edirik.
Təlimin əsas məqsədi media nümayəndələri arasında "Sosial Sahibkarlıq" anlayışının formalaşdırılması və cəmiyyətə gətirdiyi dəyərin onların vasitəsi ilə daha çox insana çatdırılmasıdır.
Təlimlərdən sonra media nümayəndələrindən ibarət qrup yaradılacaq və media turlar təşkil olunacaq.
Təlimlər 3-4 Sentyabr 2022-ci il tarixlərində canlı şəkildə Bakıda keçiriləcək.
Son qeydiyyat tarixi: 15 avqust 2022
Qeydiyyat linki- https://forms.gle/pz2ANsYvC5xYJn6i8
Təlimlər Azərbaycan dilində keçiriləcək.
"Dəyər üçün əməkdaşlıq" proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Avropa Vençur Filantropik Assosiasiyası tərəfindən həyata keçirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.