Education HUB-ın Proqram Meneceri Gulnara İsmailova və Kommunikasiya üzrə əməkdaşı Orxan Məsimov "Dəyər üçün Əməkdaşlıq" proqramı çərçivəsində Vyanada "Dəyər həftəsi (Impact week)"də iştirak ediblər.
"Dəyər həftəsi"də Azərbaycandan özəl sektorun nümayəndələri Paşa bankın nümayəndəsi Fidan Tofidi və Access bankın nümayəndəsi Ceyhun Atayev və "Enjoy chocolate" sosial sahibkarlıq brendinin qurucusu Qvendolin Börçel təmsil edib.
Avropanın müxtəlif sosial sahibkarlarını, sərmayədarlarını, bank və iş adamlarını bir araya gətirən tədbirin əsas məqsədi Sosial Sahibkarlığın inkişafı, sahibkarlar üçün yeni fürsətlərin yaradılması olub.
Bundan əlavə Avropa Vençur Filantropik Assosiasiyası(EVPA) təşkilatının "Dəyər üçün Əməkdaşlıq" proqramına üzv olan 5 ölkənin - Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndələri də bir araya gələrək "Sosial Sahibkarlığın" inkişafı üçün müxtəlif fürsətlərlə tanış olmuş, investisiya fondlarının yaradılması və sosial sahibkarlığın təşviqi barədə müzakirələr aparıblar.