Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Sosial sahibkarlıqla bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatlar və sosial sahibkarlarla görüş keçirilib. Görüş zamanı Sosial sahibkarlığa dair təkliflərin toplanması, vahid koordinasiyanın yaradılması və yeni qanun layihəsi üçün hazırlıqların aparılması müzakirə edilib.
Education HUB Proqram meneceri Gulnara İsmailova sosial sahibkarlıqla bağlı görülən işlərlə bağlı məlumat verib və təklifləri paylaşıb.