Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramı çərçivəsində Bərdə rayonundan olan gənclər tərəfindən həyata keçirilən "Eco-Green" layihəsinin növbəti təlimi həyata keçirilib.
Layihənin növbəti təlimi Bərdə Qadın Klubunda baş tutub.
Təlim zamanı iştirakçılara "Ekoloji problemləri yaradan mənbələr", "Azərbaycanda olan ekoloji problemlər" və "Ekoloji problemlərin həll yolları" barəsində məlumatlar verilib. Təlimin sonunda isə "Ekologiya" ilə bağlı video izlənilib və video ətrafında müzakirələr aparılıb.
