Education HUB-ın təşkilatçılığı ilə "Canlı Kitabxana"da görüş keçirilb. Bu dəfə canlı kitablarımız stereotiplərə qalib gələn insanlar idi. Azərbaycanın müxtəlif bölgələrindən olan oxucular fərqli “kitablar”la tanış olmaq və onlarla ünsiyyət qurmaq imkanı əldə edə bildilər.
Görüşün canlı kitabları onlar idi:
• Feminist fəal
• İnkluzivliyi təbliğ edən rəqqas
• Veqan xanım
• Keçmiş məcburi köçkün
Görüş zamanı virtual otaqlarda onları müşayiət edən rəssamlar canlı kitabların hekayələrinə əsasən rəsmlərini hazırlayıb.
Təşəbbüs Education HUB-ın texniki dəstəyi ilə 4 Şərq Tərəfdaşlıq ölkəsində keçirilən “Kitabı cildinə görə mühakimə etməyin!...” beynəlxalq proqramı çərçivəsində reallaşıb. Proqram Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaşlıq Təhsili üzrə Federal Agentlik (BpB) tərəfindən həyata keçirilir.