Education HUB-ın təşkilatçılığı ilə "Canlı Kitabxana"da görüş keçirilib. Bu dəfə canlı kitablarımız stereotiplərə qalib gələn insanlar idi. Oxucular fərqli “kitablar”la tanış olmaq və onlarla ünsiyyət qurmaq imkanı əldə edə bildilər.
Görüşün canlı kitabları onlar idi:
• Feminist fəal
• İnkluziv yazar
• Veqan xanım
• Keçmiş məcburi köçkün
Görüş zamanı onları müşayiət edən rəssamlar canlı kitabların hekayələrinə əsasən rəsmlərini hazırlayıb.
Təşəbbüs Education HUB-ın texniki dəstəyi ilə 4 Şərq Tərəfdaşlıq ölkəsində keçirilən “Kitabı cildinə görə mühakimə etməyin!...” beynəlxalq proqramı çərçivəsində Coders Azerbaijan ofisində reallaşıb. Proqram Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaşlıq Təhsili üzrə Federal Agentlik (BpB) tərəfindən həyata keçirilir.