Education HUB İnkişaf Zamanı Proqramının məzunu Zulfiyyə Quliyeva ABŞ Səfirliyinin Changemakers proqramında ən yüksək səs toplayaraq I yerin qalibi olub.

Education HUB-ın 2020-ci ilin noyabrından başlayaraq müharibədən zərərçəkən uşaqlar üçün Gəncə, Tərtər, Qazax, Şəmkir, Mingəçevir regionlarında ART Terapiya məşğələləri təşkil edib. Zulfiyyə Quliyeva Education HUB-ın mentorları ilə növbəti aylarda ART Terapiya məşğələlərini müharibədən daha çox zərərçəkən bölgələrdən biri olan Tərtərdə davam etdirəcək. Təşəbbüsümüzün daha çox uşağı əhatə edəcəyi üçün çox qürurluyuq.