Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. İki il ərzində davam edəcək layihə Bakı, Salyan və Masallı rayonlarını əhatə edir. Layihə çərçivəsində “Education HUB” şirkəti tərəfindən həyata keçiriləcək media kampaniyası əlilliyi olan qadınlara və Dağlıq Qarabağ müharibəsi veteranlarına qarşı cəmiyyətdə mövcud olan ayrı-seçkilik və stiqmanın aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli mühitin yaradılması və inklyuzivliyin təşviq edilməsi məqsədini daşıyır.
Kampaniya zamanı aşağıdakı fəaliyyətlərin icrası nəzərdə tutulur:
Kampaniyada kimlər iştirak edə bilər:
Kampaniyada iştirak etmək istəyən şəxslər 22 Sentyabr 2020-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/ooVJHS5jnZEgiTLX8