“Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində Education HUB tərəfindən icra olunan media kampaniyasına yekun vurulub. 

Qazi Camal Alxasovun hekayəsi ilə tanış olun: 

https://modern.az/az/news/304483/muharibede-elil-olan-qazi-genclerin-mesgulluq-problemi

Yazının müəllifi Fidan Əliyeva Media Kampaniyasında III yerin qalibi seçilmişdi. Ona fəaliyyətində uğurlar arzu edirik.

Layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT Əhali Fondu (UNFPA) və BMT İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilib. Layihənin media kampaniyası Education HUB tərəfindən reallaşıb.