Bakıda Şərq Tərəfdaşlığı ölkələrində gənclərin məşğulluğunu və sahibkarlığını təşviq edən “EU4Youth: Gənclərin Məşğulluğu və Sahibkarlığı” adlı yeni regional proqram start götürüb.
2022-2024-cü illər ərzində Aİ tərəfindən maliyyələşdirilən proqram gənclərə karyera idarəetmə bacarıqlarını təkmilləşdirməyə və gənclərin məşğulluğu ilə bağlı dövlət, özəl və qeyri-hökumət sektorları arasında dialoq qurmağa kömək edəcək. Xüsusilə, proqram siyasətdə və əmək bazarında aparıcı institutların potensialının artırılmasına yönəldiləcək.
Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova tədbirdə iştirak edib.