"EU4Youth Gənclərin yol xəritəsinə cəlb olunması" layihəsi çərçivəsində Sosial sahibkarlıq siyasətinin hazırlanmasında gənclərin iştirakı məsələləri müzakirə olunub. Azərbaycanın regionlarından olan gənclər müxtəlif dövlət qurumlarının nümayəndələri ilə birlikdə fikir mübadiləsi aparıblar.

Education HUB-ın Proqram Meneceri Gülnarə İsmayılova spiker olaraq çıxış edib. O, Education HUB tərəfindən Sosial Sahibkarlığın Azərbaycanda təşviq olunması, qanunvericilik üçün hazırlanmış təkliflər, maarifləndirmə kampaniyası haqda məlumat verərək bu istiqamətə diqqətin artırılması, dövlət qurumları ilə birgə şəbəkənin gücləndirilməsinin vacibliyin vurğulayıb. Gülnarə İsmayılova tədbir iştirakçılarını www.socialentrepreneur.az saytının resurs mərkəzə çevrilməsi üçün töhfələrini verməyə dəvət edib.