Education HUB Avropa İttifaqı Gənclər üçün proqramı çərçivəsində dekabrın 9-da “Formal və qeyri-formal təhsildə Sahibkarlıq və Sosial Sahibkarlıq Təhsili” konfransı keçirib.
Konfrans zamanı dövlət qurumları- Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, ali təhsil müəssisələri- İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər qurumlar-Sabunçu Gənclər Evi, Balakən Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara və Masallı nümayəndəlikləri iştirak ediblər. Konfrans zamanı spikerlər Azərbaycanda Sosial Sahibkarlığın gənclər arasında, ali və peşə təhsili müəssisələrində tədrisi ilə bağlı fikir mübadiləsi aparıblar.
Avropa İttifaqının ekspertləri Kristian Vaqner və Yohannes Lindner çıxış edərək Sosial Sahibkarlığın tədrisi ilə bağlı öz təcrübələrini paylaşıblar.
https://www.youtube.com/watch?v=5uB6jg4Xuog
