“Gənc İctimai Diplomatiya Sammiti Bakı 2024” keçirilib
Martın 1-də Azərbaycan Dillər Universitetində Strategiya və Mədəni Diplomatiya Mərkəzinin (CSCD) Təhsil və İKGF-ECR ilə sıx əməkdaşlığı ilə “Gənc İctimai Diplomatiya Sammiti Bakı 2024” keçirilib.
Sammitdə açılış hissəsi CSCD-nin sədri, Pakistanın Azərbaycandakı səfiri cənab Hafiz Hassan Mehar, Bilal Hayee, Azərbaycan Dillər Universitetinin prorektorları, Novruz Məmmədov və proqram meneceri Jalə Qəribovanın iştirakı ilə keçirilib. Daha sonra sammit cənab səfir Bilal Hayinin rəhbərlik etdiyi “21-ci əsrdə ictimai diplomatiya” modulu ilə davam etdi.
“Biznes diplomatiyasına aparan mədəni diplomatiyada gənclərin liderliyi və vəkilliyi” modulunu AMCHAM Azərbaycan təşkilatının icraçı direktoru Gülnarə Aslanbəyli idarə etdi.
Təhsil HUB-un kommunikasiya üzrə mütəxəssisi Orxan Məsimov sammitdə “Üçüncü sektorda innovasiya və sosial sahibkarlıq” modulunu idarə etdi.
Sammit iştirakçıların sualları və onların təqdimatları ilə davam etdi.