Karyera Mərkəzindən olan mentorumuz Nəzrin Dəmirli Art terapiya təlimləri zamanı öyrəndikləri metodlar əsasında Gəncə raket hücumundan əziyyət çəkən ailələrdən olan uşaqlar üçün məşğələlər təşkil ediblər. Məşğələlər aprel ayında “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində təşkil olunub.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.