Avropa Şurası tərəfindən həyata keçirilmiş "Gənclərin Sülh Həftəsi 2021" layihəsinin davamı olan və Avropa Şurası tərəfindən reallaşan "Gənclərin Yerli Sülh Düşərgəsi" 30 oktyabr - 03 noyabr Bakıda Education HUB tərəfindən həyata keçirilib.
Düşərgənin əsas məqsədi gənclərin sülh quruculuğuna marağını artırmaq, sülh quruculuğu ilə bağlı konsepsiyaların aşılanması, həmçinin cəmiyyətimizdə sülhün bərqərar olması üçün gənclərin iştirakçılığının artırılmasıdır.