Əziz gənclər!
Sizi “GəncSƏN Öz Biznesinə Başla” layihəsinə qoşulmağa dəvət edirik.
Layihə zamanı iştirakçılara 6 günlük təlim keçiriləcək. Təlimdə iştirakçılara Biznes Plan, Biznes layihələrin yazılması, Hüquqi sənədlərin hazırlanması, Marketinq, SWOT və SMART təhlilləri öyrədiləcək. Bununla yanaşı şirkətlərə ekskursiyalar təşkil ediləcəkdir.
Layihənin sonunda iştirakçılar sertifikatla təltif ediləcək.
Son qeydiyyat tarixi: 6 dekabr 2021, saat 18:00
Ünvan: Bərdə Heydər Əliyev Mərkəz
Qeydiyyat linki: https://forms.gle/rLphHbDfbmXyK1a66
Layihə Education HUB-ın “İdeyadan fəaliyyətə” proqramı çərçivəsində həyata keçirilir. Layihənin tərəfdaşları Bərdə Qadın klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyidir.