"Education HUB"ın təşkilatçılığı ilə "İdeyadan fəaliyyətə" proqramı çərçivəsində "YouthTech" adlı gənclər təşəbbüsünün təlimlərinə start verilib.
Təlimçi: Güvenc Usanmaz- Tekirdağ Namık Kemal Universiteti (Türkiyə)
Təlim müddətində beynəlxalq təlimçi Güvenc Usanmaz "Genel hatlarıyla bilgisayar bilimleri ve proqramlama" mövzusunda iştirakçılara təlim keçib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
