“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsi çərçivəsində "Məni də dinlə" təşəbbüs qrupu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində "Həyat itirdiyimiz yerdən başlayır" adlı rəsm sərgisi keçirilib. Gənclər cinayətə, zorakılığa məruz qalmış, həmçinin cəmiyyətdə hüquqları tapdalanmış qadın obrazlarını təsvir ediblər. Sərginin sonunda rəsmlərin müəllifləri sertifikatlarla təltif olunub. "Məni də dinlə" təşəbbüsünün məqsədi qadın cinayətləri və zorakılıq problemlərini cəmiyyətə çatdırmaqdır.
“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunur.
