“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsi çərçivəsində "Məni də dinlə" təşəbbüs qrupu Azərbaycan Dövlət Pedaqoji Universitetində "Həyat itirdiyimiz yerdən başlayır" adlı rəsm sərgisi keçirib. Gənclər cinayətə, zorakılığa məruz qalmış, həmçinin cəmiyyətdə hüquqları tapdalanmış qadın obrazlarını təsvir ediblər. Sərginin sonunda rəsmlərin müəllifləri sertifikatlarla təltif olunub. "Məni də dinlə" təşəbbüsünün məqsədi qadın cinayətləri və zorakılıq problemlərini cəmiyyətə çatdırmaqdır.
“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi), UNİCEF Azərbaycan (Unicef Azerbaijan) və Azərbaycan Respublikası Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunur.