"Education HUB"-ın "İcmalar üçün kreativlik proqramı" çərçivəsində "Hug for you" təşəbbüsünün ilk mərhələsi 20 dekabr tarixində başladı. "Hug for you" təşəbbüsün məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili, ekoloji təfəkkürün formalaşdırılması, təkrar istifadəsini aşılamaq və uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirilməsidir. İlk mərhələdə Bakı, Qusar, Quba və İsmayıllıdan olan uşaqlar üçün 2 sessiya keçirilib. 1-ci sessiyada uşaqlarla birlikdə istifadə olunmuş əşyalardan Yeni il yolkası və yolka üçün oyuncaqlar, 2-ci sessiyada isə Origami - Yeni il arzuları gülü düzəldilmişdir. Sessiyalar zamanı uşaqlaq üçün intelektual oyunlar da təşkil olunub.