Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramı çərçivəsində "Hüququm var" təşəbbüs komandasının növbəti təlimi keçirilib.
Təşəbbüs çərçivəsində Mingəçevir Gənclər Evinin əməkdaşı, təlimçi Eşqin Məmmədov Mingəçevir gəncləri üçün "Bədən dili və emosiyalar" mövzusunda təlim keçib.
Təlim müddətində iştirakçılar bədən dili, emosiyalar, emosiyaların idarə olunması, empatiya haqqında ətraflı məlumat əldə ediblər. İnteraktiv keçən görüşdə iştirakçılar son olaraq öz təssüratlarını bölüşüb və sertifikatlarla təltif olunublar.
