Əziz kitabsevərlər!
Sizləri Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramı çərçivəsində "Kitabların İzində" layihəsinin görüşündə iştirak etməyə dəvət edirik.
Görüşün qonağı - "Ona", "Bir sən qədər" kitablarının yazarı Əziz Yaqubzadədir.
"İdeyadan fəaliyyətə" programı çərçivəsində fəaliyyət göstərən "Kitabların İzində" layihəsinin məqsədi kitab müzakirələri, gənc yazarlarla görüşlər, bədii kitab səsləndirmələri təşkil edərək kitab oxumağı gənclər arasında vərdiş halına çevirməkdir.
Qeyd edək ki, Education HUB-ın "İdeyadan faəliyyətə" proqramı Bərdə, Mingəçevir və Lənkəran rayonunda gənc liderlərin yetişdirilməsi və könüllü anlayışının formalaşdırılması məqsədi ilə həyata keçirilir. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
20 aprel
Saat: 15:00
"O biri otaq" - Tor Coffeeshop - Lənkəran şəhəri
Qeydiyyat linki:
https://forms.gle/3reqHejtcyevRk9B6