Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramı çərçivəsində "Kitabların İzində" təşəbbüs komandasının növbəti görüşü keçirilib.
Görüşün qonağı "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının psixoloqu Fərrux Əliyev olub.
Görüş zamanı Fərrux bəy mütaliə vərdişinin insanların həyatlarına olan təsirindən, analiz qabiliyyətinin öyrənmə psixologiyasında əhəmiyyətindən danışıb. Gənclərə diqqət dağınıqlığını aradan qaldırmaq üçün tövsiyyələr verib. Sonda gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, Education HUB-ın "İdeyadan faəliyyətə" proqramı Bərdə, Mingəçevir və Lənkəran rayonunda gənc liderlərin yetişdirilməsi və könüllü anlayışının formalaşdırılması məqsədi ilə həyata keçirilir. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.