Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramının "Strateji planlama" görüşü keçirilib.
Görüş proqram rəhbəri Gülnarə İsmayılovanın açılış nitqi ilə başlayıb. O görüşün ümumi məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Daha sonra görüş ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Nigar Əliyevanın çıxışı ilə davam edib. O, layihə komandalarına irəliləyən zamanda uğurlar arzulayıb və səfirliyin yaratdığı imkanlar barədə məlumat verib.
Görüş daha sonra komanda üzvlərinin layihələrinin davamlılığı barədə müzakirəsi ilə davam edib. İştirakçılar onlayn alətlərin vasitəsi ilə qrup işləri, müzakirələr edib, layihələrinin davamlılığı üçün təklif planı hazırlayıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.
