Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramının təşəbbüs komandaları ilə refleksiya görüşü keçirilib.
Görüş zamanı təşəbbüs komandaların üzvləri fəaliyyətləri haqqında ətraflı məlumat verib, təqdimat ediblər. Bundan əlavə onlar təşəbbüslərinin davamlılığı üçün də təkliflər irəli sürüblər. Görüşdə iştirak edən ABŞ səfirliyinin nümayəndəsi Nigar Əliyeva da təşəbbüs komandalara uğurlar arzulayıb, bu cür təşəbbüslərin davamlılığının vacibliyini vurğulayıb.
Sonda təşəbbüslərini uğurla tamamlayan komanda üzvləri sertifikatlarla təltif olunublar.
"İdeyadan fəaliyyətə" proqramı Bərdə, Mingəçevir və Lənkəran bölgələrində gənc liderlərin yetişdirilməsi və könüllülük anlayışının formalaşdırılması məqsədi ilə həyata keçirilir. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə baş tutur.
