Impact Europe komandasının üzvləri Ewa Konczal və Andreja Rosandic "Dəyər üçün Əməkdaşlıq" proqramı çərçivəsində Azərbaycanda səfərdə olublar. 

Səfər çərçivəsində "The next steps in impact" adlı görüş keçirilib. Görüşün əsas məqsədi Impact Europe tərəfindən təşkil olunan müxtlif xarici tədbirlərdə iştirak etmiş Azərbaycan nümayəndə heyəti ilə bir araya gələrək layihə ilə bağlı növbəti mərhələləri müzakirə etmək, təklifləri dinləmək olub. 

"Dəyər üçün Əməkdaşlıq" proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.