“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində 9-14 Yanvar 2021-ci il tarixlərində İNCƏSƏNƏT HƏFTƏSİ keçirilir. İncəsənət həftəsinin ikinci günü İnkluziv Rəqs (DanceAbility) mövzusuna həsr olunub.
Təlimə Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi, Mingəçevir Gənclər Evi, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzindən mentor və iştirakçılar qatılıb. DanceAbility® metodu rəqs və hərəkət çalışmaları vasitəsilə iştirakçılar inklüziv cəmiyyətin inkişafına töhfə verən vasitə ilə tanış olmaq və təcrübə keçmək imkanı əldə ediblər.
“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.