“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində 9-14 Yanvar 2021-ci il tarixlərində İNCƏSƏNƏT HƏFTƏSİ keçirilir. İncəsənət həftəsinin dördüncü günü Rəsm Terapiyası mövzusuna həsr olunub.

Təlimə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi və Mingəçevir Gənclər Evindən mentor və iştirakçılar qatılıb. Rəsm terapiyası təbiət ünsürlərinin təsviri və iştirakçıların bu təsvir prosesində emosional psixoloji vəziyyətin stabilləşdirilməsi, stresli situasiyanın aradan qaldırılması üçün ilkin addımlar atılmasına kömək edir.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.