“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində 9-14 Yanvar 2021-ci il tarixlərində İNCƏSƏNƏT HƏFTƏSİ keçirilir. İncəsənət həftəsinin üçüncü günü Oyuncaq Terapiyası mövzusuna həsr olunub.

Təlimə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi və Mingəçevir Gənclər Evindən mentor və iştirakçılar qatılıb. Oyuncaq terapeyası xüsusilə uşaqlarla işləyən sosial işçi, təlimçi, psixoloq və müəllim qrupları üçün böyük əhəmiyyətə malikdir. Əllə hazırlanan kuklalar xüsusi psixoloji və reabilativ təsirə malikdir. Belə ki, oyuncaqları hazırlayan şəxs tikmə, birləşdirmə və onun hekayələrini hazırlamaqla öz təxəyyülünü inkişaf etdirə bilir.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

LayihəDelegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.